"Xəyallarım öldü" - Ranyeri qovulmasından danışdı - AÇIQLAMA

13:36 25 Fevral 2017

“Lester”in baş məşqçi postundan kənarlaşdırılan Klaudio Ranyeri, istefaya göndərilməsindən sonra ilk açıqlamasını verib.

 

Sportarena.az xəbər verir ki, italyan mütəxəssis İngiltərə mətbuatına açıqlamasında xəyallarının öldüyünü deyib:

 

“Həmin gün xəyallarım öldü. Keçən il keçirdiyimiz möhtəşəm mövsümdən və Premyer Liqa çempionluğundan sonra “Lester”də uzun illər qalmaq istəyirdim. Təəssüf ki, bu reallaşmadı. Həyat yoldaşım Rozannaya və ailəmə Lesterdə keçirdiyimiz müddətdə dəstəklərinə görə təşəkkür edirəm.

 

Ən çox isə “Lester” azarkeşlərinə təşəkkür edirəm. Bu macəra inanılmaz idi və xatirəsi həmişə mənimlə yaşayacaq. Jurnalistlərə də təşəkkür edirəm. Sizə müsahibə vermək çox xoş idi. Bütün kluba və futbolçulara da təşəkkür edirəm. Uğurumuzda hamımızın payı var. Amma ən çox da azarkeşlərin rolu var. Məni ürəyinizə yaxın bilib, çox sevdiniz. Mən də sizləri çox sevdim. Heç kim bizim birlikdə bacardığımızı bacara bilməz. Ümid edirəm ki, mən ağlınıza hər gəldiyimdə, üzünüzdə təbəssüm yaranar. Burda keçirdiyim vaxt çox gözəl idi və heç vaxt unutmayacam. Mənim üçün sizinlə birlikdə çempion olmaq böyük xoşbəxtlik və qürur idi”.

 

Qeyd edək ki, Ranyerinin “Lester”də istefaya göndərilməsi azarkeşlər və mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb.


Digər xəbərlər

Xəbər xətti