"Futboldan əl çəkə bilmədim" - Falkao beysbolla məşğul olmasından danışdı - AÇIQLAMA

15:34 25 Fevral 2017

"Monaco"nun hücumçusu Radamel Falkao maraqlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, UEFA-nın saytına müsahibə vən kolumbiyalı hücumçu uşaq yaşlarında beysbol oynamasından danışıb:

 

"Ailəmiz Venesuelada yaşayırdı. Orda ən populyar idman növü məhz beysboldur. Bu idmanla fəal məşğul olmuşam. Atam hesab etdi ki, qərar verməliyəm. Kolumbiyaya qayıdıb diqqətimi futbol üzərində cəmlədim. Venesuelada bunu etmək çətin olardı. Orda futbolla paralel olaraq beysbola da gedirdim. Yaxşı potensialım vardı, sürətli inkişafa nail olmuşdum. Bu idman növündə yaxşı karyera qura bilərdim. Amma futbol qanımdadır. Ondan əl çəkə bilmədim".


Digər xəbərlər

Xəbər xətti