"Qalatasaray"ın yeni baş məşqçisi İqor Tudor indidən transfer çalışmalarına başlayıb.
Sportarena.az xəbər verir ki, Xorvatiya mətbuatı mütəxəssisin Zaqreb "Lokomotiv"inin 18 yaşlı ulduzu Luka İvanuseçi komandasında görmək istədiyini iddia edir.
Gənc olmasına baxmyaraq artıq 2 dəfə Xorvatiya yığmasının formasını geyən İvanuseç 10 nömrə altında çıxış edir. Bu mövsüm 25 matçda 1 qolun və 2 məhsuldar ötürmənin müəllifi olan Lukanı "yeni Prosineçki" adlandırırlar.