"Çelsi"nin baş məşqçisi Antonio Konte İngiltərə Premyer Liqasının tarixinə düşüb.
Sportarena.az xəbər verir ki, 26-cı tur çərçivəsində dünən keçirilən "Suonsi" ilə matçda qazanılan 3:1 hesablı qələbə Kontenin röhəbərliyi altında komandanın turnirdəki 20-ci qalibiyyəti olub. Bunun üçün "Chelsea"yə 26 oyun lazım olub. Qeyd olunan nəticəni Kontedən öncə heç bir məşqçi göstərə bilməmişdi.
Qeyd edək ki, London klubu sonuncu dəfə yanvarın 4-də "Tottenham"ə 0:2 uduzub.