Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində şahmat üzrə FİDE qran-prisi davam edir.
Sportarena.az xəbər verir ki, yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşıb. Qrossmeysterimiz qara fiqurlarla oynadığı partiyanın 60-cı gedişində məğlubiyyəti dərk edərək təslim olub.
Qeyd edək ki, 8 oyundan sonra 4,5 xala malik "Şah" liderliyi də əldən verib.