Bu gün Azərbaycan Birinci Divizionunda "Ayın ən yaxşı qolunun müəllifi" nominasiyasında noyabr ayının qalibi mükafatlandırılıb.
Sportarena.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğuda qalib olan "Bakılı"nın oyunçusu Nurlan Məmmədzadə 15-ci turdan təxirə salınmış "Ağsu" - "Bakılı" oyunu öncəsi mükafatına qovuşub. Futbolçuya mükafatı PFL-in Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov təqdim edib.
Fotolar fotoqraf Rauf İskəndərova məxsusdur.