Prosineçki məşqçilərlə görüşdü

16:12 27 Fevral 2017

AFFA-nın yeni proritetlərinin müəyyənləşdirildiyi, UEFA ilə birgə hazırlanmış “Grow-2020” layihəsi çərçivəsində bıir sıra tədbirlər həyata keçirilir. Bunlardan biri də Azərbaycan millisinə namizəd olan istedadlı futbolçuların çıxış etdikləri klublarda yüksək səviyyədə fərdi hazırlığını təmin etməkdi. Bu proses Azərbaycan milli komandalarında fəaliyyət göstərən məşqçilərlə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, layihə ilə bağlı məlumat vermək, qarşıda duran məqsəd və vəzifələr barədə ətraflı fikir mübadiləsi aparamaq məqsədiylə bu gün AFFA-nın inzibati binasında Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki və texniki direktor Bernhard Lippert müxtəlif yaş qruplarından ibarət yığmalarda çalışan məşqçilərlə görüş keçirib.

 

“Grow-2020” layihəsi ötən ilin sentyabr ayından tətbiq olunmağa başlayıb və bununla bağlı ictimaiyyətə geniş təqdimat AFFA-nın martın 16-da keçiriləcək növbəti konfransında olacaq.


Digər xəbərlər

Xəbər xətti