“Qarabağ”ın futbolçusu Riçard Almeyda AFFA-ya gələrək, federasiyanın baş katibi Elxan Məmmədovla görüşüb.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Azərbaycan millisində oynamaqla bağlı federasiyanın təklifini müsbət qarşıladığnı bildirib.
Bu il Riçard Almeydanın Azərbaycanda yaşamasının 5 ili tamam olduğunu nəzərə alaraq, AFFA müvafiq hüquqi prosedurlara başlayıb.