Almaniya kubokunda 1/4 finala start verilib.
Sportarena.az xəbər verir ki, mərhələnin ilk oyununda “Ayntraxt” 2-ci Bundesliqa təmsilçisi “Arminiya”nı qəbul edib. Oyun Frankfurt təmsilçisinin minimal hesablı qələbəsiylə nəticələnib.
Mərhələnin digər oyunu - “Şportfroynde Lotte”ylə Dortmund “Borussiya”sı arasında qarşılaşma güclü qar səbəbindən təxirə salınıb. Bu gün isə "Bavariya" "Şalke"ni qəbul edəcək.
Almaniya kuboku, 1/4 final
28 fevral
Ayntraxt - Arminiya 1:0
Şportfroynde Lotte - Borussiya D (təxirə salınıb)
1 mart
21:30 Hamburq - Borussiya M 1:2
23:45 Bavariya - Şalke 3:0