AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək.
Sportarena.az xəbər verir ki, Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən artıq bir nəfərin namizədliyi irəli sürülüb. Söhbət hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovun İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.
Qeyd edək ki, nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır.