"Milli komandada ölkənin vətəndaşları oynamalıdır" - AÇIQLAMA

13:14 2 Mart 2017

Türkiyənin “Bursaspor” klubunda çıxış edən Pablo Martin Batalya Türkiyə mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi “Türkiyə milli komandasında forma geymək istəyərsənmi?” sualına belə cavab verib:

 

“Bir ölkənin milli komandasında ancaq oranın vətəndaşları oynamalıdır. Bunu Argentinadan Avropaya yola düşəndə fikirləşmişdim. Bir dəfə Argentinanın U-17 milli komandasında oynamışam. Həmin hissi yaşadım və çox xoşbəxt idim. Türkiyə millisindən mənə təklif gəlməyib və belə fürsətim olmayıb. Təklif gəlsəydi belə, bu xoşbəxtliyi Türkiyədə dünyaya gələn bir insandan almaq istəməzdim”.

 

Qeyd edək ki, yığma komandamızın milliləşdirilmiş futbolçusu Dəniz Yılmaz Batalya ilə “Bursaspor”da çıxış edir.


Digər xəbərlər

Xəbər xətti