FİFA Argentina Futbol Federasiyasını (AFA) müvəqqəti olaraq üzvlükdən çıxara bilər.
Sportarena.az xəbər verir ki, qurum yeni prezident seçilməsi prosesində müəyyən normalara əməl etməlidir. FİFA qarşı tərəfə nizamlama vasitəsi kimi COMNEBOL-un qaydalarını nəzərdən keçirməyi tapşırıb. Əks halda, Argentinanın üzvlüyü bir müddət dondurula bilər.
Qeyd edək ki, AFA yeni prezidentini martın 29-da seçəcək.