“Xəzər Lənkənran”ın sabiq baş məşqçisi ilə futbolçu arasında qalmaqal

20:18 2 Mart 2017

Türkiyənin “Əskişəhərspor” klubunun yeni baş məşqçisi Mustafa Dənizli ilə futbolçu Ərkan Zəngin arasında qalmaqal olub.  

 

Sportarena.az xəbər verir ki, hadisə klubun məşqi zamanı baş verib. Belə ki, məşqin gedişi zamanı zədə alan futbolçu ayağına buz qoyub. Bu zaman təcrübəli çalışdırıcı futbolçuya xəbərdarlıq edib və bundan sonra tərəflər arasında mübahisə yaranıb. Gərginliyin artdığını görən futbolçu meydançanı tərk edib.

 

Mətbuatda yer alan xəbərə görə, baş məşqçi futbolçunu əsas komandadan uzaqlaşdırıb. Onun növbəti həftə “Boluspor”a qarşı keçiriləcək matçda iştirak etməyəcəyi dəqiqdir. Klubun prezidenti Halil Ünalın məsələ ilə bağlı futbolçu və baş məşqçi ilə görüşəcəyi gözlənilir.

 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi olan Dənizli təxminən 1 ay öncə “Əskişəhərspor”un “sükanı arxası”na keçib.


Digər xəbərlər

Xəbər xətti