Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında kişilər, qadınlar və ustadlar arasında Azərbaycan çempionatı keçirilir.
Sportarena.az xəbər verir ki, yuarışda ölkənin bütün bölgələrindən 150-yə yaxın atlet qüvvəsini sınayacaq.
Artıq ilk yarış qrupu arxada qalıb. Qadınlar qalibləri Sinkleyr cədvəli üzrə müəyyənləşdiriblər. Qızıl medala qazaxlı atlet Abbasova Elnarə sahib çıxıb. O, toplam 190 kq (84+106) nəticə və 250.47 Sinkleyr xalı ilə bütün rəqiblərini üstələyib.
Yarışdan sonra Elnarə hisslərini AAAF TV ilə bölüşüb. O, məşqçilərinin əməyini ön plana çıxarıb: