Milli komandamızın və "Boavişta"nın qapıçısı Kamran Ağayevin zədəsi tam sağalmayıb.
Sportarena.az xəbər verir ki, iki həftədir zədədən əziyyət çəkən Ağayevin müalicəsi davam edir. O, öz "Tvitter" səhifəsində müalicəsini əks etdirən şəkil paylaşıb.
Qeyd edək ki, Kamran "Boavişta"nın son üç oyununda iştirak etməyib.