“Arsenal”ın hücumçusu Aleksis Sançes “Yuventus”un maraq dairəsinə düşüb.
Sportarena.az xəbər verir ki, İtaliya nəhəngi Sançesi yayda transfer etmək niyyətindədi. “Corriere dello Sport”un iddiasına görə, “Yuventus” futbolçu ilə bağlı “Arsenal"a rəsmi təklif də göndərib. Turin klubu Sançesə görə 30 milyon avro verməyə hazırdı. Futbolçu ilə PSJ də ciddi maraqlanır.
Qeyd edək ki, Sançesin “Arsenal”la müqaviləsi 2018-ci ilin yayında başa çatır.