Götze futbolçu karyerasını bitirəcək? - Ciddi xəstəliyi var

16:22 3 Mart 2017

Almaniya millisinin və Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Mario Götze karyerasını bitirə bilər.

 

Sportarena.az xəbər verir ki, həkimlər 24 yaşlı futbolçuda miopatiya xəstəliyi aşkar ediblər. Miopatiya - əzələ xəstəliyi olub, əzələ zəifliyi ilə müşahidə olunur. Bu xəstəlik maddələr mübadiləsinin pozulması ilə əlaqədardır.

 

Götze uzun müddət müalicə kursu keçəcək. Onun nə zaman bərpa olacağı məlum deyil. Xavbekin futbol karyerasını bitirə biləcəyi istisna edilmir.

 

Qeyd edək ki, Mario peşəkar karyerası ərzində "Borussiya" və "Bavariya"da çıxış edib və bu komandalarla çoxsaylı ölkədaxili titullara yiyələnib. 2014-cü ildə o vurduğu qolla Almaniyaya Dünya çempionatının finalında Argentina üzərində qələbə qazandırıb.


Digər xəbərlər

Xəbər xətti