Divizion klublarının futbolçuları milliyə çağrıldı

20:42 3 Mart 2017

Martın 6-dan 9-dək Bakıda 21 və 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmalarının təlim-məşq toplanışı keçiriləcək.
 

Sportarena.az xəbər verir ki, toplanışda aşağıdakı heyətlər iştirak edəcək: 

 

U-21-in heyəti: Fəhmin Muradbəyli, Sənan Əlizadə, Aqşin Qurbanlı (hamısı “Neftçi”), Eltun Turabov, İlyas Səfərzadə, Kamran Nəsirov (hamısı “Qarabağ”), Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Xəyal Nəcəfov, Yusif Nəbiyev (hamısı “Sumqayıt”), Murad Popov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Hüseynov, Əlibəy Məmmədli (hamısı “İnter”), Rəsul Babazadə (“Şərurspor”), İlkin Sadıqov (“Turan Tovuz”), Aydın Bayramov, Mirkamil Əliyev (hər ikisi MOİK).
 

 

U-23-ün heyəti: Tərlan Əhmədli, Azər Salahlı, Kamran Abdullazadə, Nicat Muxtarov, Mirabdulla Abbasov (hamısı “Sumqayıt”), Məqsəd İsayev, Maksim Vaylo (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Vüqar Mustafayev, Adil Nağıyev (hamısı “Zirə”), Tural Hümbətov, Kamal Mirzəyev (hər ikisi AZAL), Elşən Abdullayev (“Qarabağ”), Orxan Əliyev (“Kəpəz”).
 

Qeyd: 4-cü İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təmsil edəcək.


Digər xəbərlər

Xəbər xətti