Berti Foqts Bakıya gəlir

12:50 4 Mart 2017

Futbol üzrə Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqts Bakıya gələcək.

 

Sportarena.az xəbər verir ki, 71 yaşlı mütəxəssis martın 26-da Azərbaycan və Almaniya yığmaları arasında Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 2018-ci il dünya çempionatının seçmə qrup matçında qonaq olacaq.
 

O, oyunu canlı yayımlayacaq RTL telekanalında Bundestimin keçmiş qapıçısı Yens Lemann ilə birgə ekspert kimi çıxış edəcək. Saat 20:00-da başlanacaq görüşü Almaniya televiziyası üçün Marko Hageman şərh edəcək.

 

Qeyd edək ki, Berti Foqts 1990 - 1998-ci illərdə Almaniya, 2008 - 2014-cü illərdə Azərbaycan millilərinin baş məşqçisi olub. (Report)


Digər xəbərlər

Xəbər xətti