"Bakıya 3 xal üçün gedirik" - Löv - AÇIQLAMA

16:41 4 Mart 2017

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Bakıda millimizə qarşı keçiriləcək DÇ-2018-in seçmə oyunu ilə bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, 57 yaşlı mütəxəssi Azərbaycanla oyunda da meydana 3 xal üçün çıxacaqlarını söyləyib:

 

“Meydana həmişə qələbə üçün çıxırıq. Azərbaycanla oyunda da elə olacaq. Bakıya 3 xal üçün gedirik. Səfərdə öz oyunumuzu göstərməliyik. Bu tempdə davam etməklə rəqibə top-komanda olduğumuzu sübut etməliyik. Qrupda sona qədər dominantlıq etməyimiz vacibdir”.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində D qrupunda yer alan Almaniya 12 xalla 1-ci, Azərbaycan isə 7 xalla 3-cü pilləni tutur.

 

Xatırladaq ki, qarşılaşma martın 26-da, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 


Digər xəbərlər

Xəbər xətti