Almaniyanın Gənclər Liqasının cənub-qərb zonası üzrə birincilikdə 20-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasında oynamağa razılıq verən Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası da növbəti matçına çıxıb. Frankfurt təmsilçisi səfərdə "Frayburq"la qarşılaşıb. Oyun məhsuldar heç-heçəəylə nəticələnib - 4:4. Dadaşov start heyətdə başladığı bu oyunda sonadək meydanda olub.
Hazırda futbolçumuzun komandası 25 xalla 14 klub arasında 9-cu pillədə qərarlaşıb.