Almaniya millisinin futbolçusu Marko Roys DÇ-2018-in seçmə mərhələsində millimizlə oyunu buraxacaq.
Sportarena.az xəbər verir ki, buna səbəb Dortmund "Borussiya"sının yarımüdafiəçisinin bundesliqanın 23-cü turunda "Bayer"ə (Leverkuzen) qarşı matçda (6:2) zədələnməsidir. Onun aprelə qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilib. Bu isə o deməkdir ki, M.Roys millimizlə matça kimi sağalmayacaq.
Bundan əvvəl Almaniya millisinin futbolçusu Mario Qötzenin millimizlə görüşdə oynamayacağı açıqlanıb.
Qeyd edək ki, Azərbayan - Almaniya oyunu martın 26-ı keçiriləcək.