Almaniya Bundesliqa təmsilçisi “Bayer”in yeni baş məşqçisi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Leverkuzen klubu Tayfun Korkuta həvalə edilib. Bu barədə məlumatı Almaniyanın “Bild” nəşri yayıb. Bundesliqanın ötən turunda Dortmund “Borussiya”sına böyük hesabla (2:6) məğlub olan “Bayer” Rojer Şmidtlə yollarını ayırmışdı. Klub rəhbərliyi bu posta türkiyəli mütəxəssisi gətirib. Anlaşmaya əsasən, Korkut cari mövsümün sonuna qədər “Bayer”in “sükanı arxasında" olacaq.
Qeyd edək ki, Tayfun Korkutun sonuncu klubu 2-ci Bundesliqa təmsilçisi “Kayzerslautern” olub.