"Türkiyəyə heç vaxt üz döndərmədim" - Məsut Özil kitab yazdı

17:25 6 Mart 2017

“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil bu yaxınlarla işıq üzü görən avtobioqrafik kitabında milli komanda seçiminə toxunub.

 

Sportarena.az xəbər verir ki, bu məsələdə anasıyla eyni fikirdə olmadığını bildirib:

 

"Anam Türkiyə millisində oynamağımı istəyirdi. Mənim soy kökümün hara bağlı olduğunu düşünməyimi, babalarımın Türkiyədən gəldiyini deyirdi. Əmim də belə düşünürdü. Lakin atam dedi ki, Məsut Almaniyada doğulub, burada məktəbə gedib, futbolu da alman klublarında öyrənib”.

 

 

Milli komanda seçimində çətinlik çəkdiyini yazan Özil daha sonra Almaniya yığmasını seçdiyi üçün xoşbəxt olduğunu qeyd edib:

 

"Bütün təzyiqlərə baxmayaraq, Almaniya millisində oynamaqdan xoşbəxtəm. Adət-ənənələrimizə görə hər matçdan öncə eyni duanı edirəm. Türkiyəyə heç vaxt üz döndərmədim".


Digər xəbərlər

Xəbər xətti