“Qarabağ”ın üzvü Riçard Almeyda Azərbaycan milli komandasının məşqində iştirak etdikdən sonra millinin düşərgəsindən ayrılıb.
Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçinin yığmaya çağırılmasında məqsəd milli ab-havasını hiss etmək, adaptasiya prosesinə başlamaqdan ibarət olub. O, baş məşqçi Robert Prosineçki tərəfindən toplanışa dəvət olunmuşdu.
Qeyd edək k i, Riçard Almeydanın Azərbaycan milli komandasının heyətində rəsmi oyunlarda iştirak etməsi ilə bağlı FİFA-nın qərarının növbəti aylarda açıqlanması gözlənilir.