AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, iclasda birinci divizionun 18-ci turunda baş tutmuş oyunlarla bağlı qərarlar verilib.
“Turan Tovuz” - “Şəmkir” matçının əvvəlində qonaq klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 80 manat cərimə olunub.
“Şərurspor” - “Qaradağ Lökbatan” matçının 71-ci dəqiqəsində qonaqların futbolçusu Elmar Mirzəyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.