“Lester” rəhbərliyi Klaudio Ranyerinin istefaya göndərilməsindən sonra komandanın müvəqqəti baş məşqçisi təyin olunan Kreyq Şekspirin fəaliyyətindən razıdı.
Sportarena.az xəbər verir ki, İngiltərə mətbuatı Şekspirlə bağlı maraqlı iddia ilə çıxış edib. Belə ki, ingilis həmkarlarımız rəhbərliyin Ranyerinin köməkçisi olmuş Şekspirin fəaliyyətindən razı qaldığı və onunla baş məşqçi kimi müqavilə bağlamaq istədiyini yazıb.
Ranyeridən öncə Naycel Pirsonun köməkçisi olmuş 53 yaşlı mütəxəssis hələ heç bir komandada baş məşqçi kimi çalışmayıb.
Qeyd edək ki, “tülkülər” Şekspirin rəhbərliyi altında meydana çıxdığı 2 oyunu da qələbəylə başa vurub.