PSJ-nin futbolçusu Tiaqo Motta Çempionlar Liqasının 1/8 finalında "Barselona" ilə cavab oyununu buraxacaq.
Sportarena.az xəbər verir ki, bu barədə Paris klubunun baş məşqçisi Unai Emeri matç öncəsi keçirilən mətbuat konfransında bildirib. O, zədə səbəbindən Mottanın sözügedən qarşılaşmanı buraxacağını söyləyib.
Qeyd edək ki, "Barselona" - PSJ görüşü bu gün keçiriləcək. Bu komandalar arasında ilk oyunda Kataloniya klubu 0:4 hesabı ilə uduzub.