"Arsenal"ın baş məşqçisi Arsen Venger mövsümün sonu London klubundan ayrılmağa qərar verib.
Sportarena.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, fransalı mütəxəssis Çempionlar Liqasında 1/8 finalında "Bavariya"ya uduzduqları cavab qarşılaşmasından (1:5) sonra paltardəyişmə otağında futbolçularına bu barədə bildirib.
Qeyd edək ki, Venger son zamanlar komandanın ÇL-də uğursuz çıxışına və Aleksis Sançesi ehtiyatda saxladığı üçün tənqid olunur.