İtaliyalı baş məşqçi Roberto Mançini ən böyük arzusu Lionel Messini çalışdırmaq olduğunu söyləyib.
Sportarena.az "Super Deportivo"ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messinin böyük futbolçu olduğunu bildirib:
"Hazırda Messi dünyanın ən yaxşı futbolçusudur. Ümid edirəm ki, bir gün onun oynadığı bir komandanı çalışdırıb, baş məşqçisi olaram".
Qeyd edək ki, Roberto Mançinin son iş yeri İtaliya "İnter"i olub.