Qış fasiləsində "Qarabağ”dan ayrılıb Türkiyənin yolunu tutan Reynaldo hələ ki, ümidləri doğrultmur.
Sportarena.az xəbər verir ki, braziliyalının formasını geydiyi "Adanaspor” superliqada keçirdiyi son 5 oyunun 4-də məğlub olub. Hazırda turnir cədvəlinin son pillələrində var-gəl edən Adana təmsilçisi növbəti turda "karabükspor"la qarşılaşacaq. Oyundan əvvəl "Anadolu Ajans"a açıqlama verən "sambaçı" nəticələrdən məyusluğunu gizlətməyib:
"Konyaspor”la oyunda uduzduğumuz üçün çox məyusam. Komandada dostluq və intizam üst səviyyədədir. Karabük səfərində əlimizdən gələni edərək Adanaya xoşbəxt qayıtmaq istəyirik. Bunu bacaracaq qədər güclüyük. Komanda yoldaşlarıma güvənirəm”.
Qeyd edək ki, Reynaldo "Adanaspor”da 5 oyunda meydana çıxıb.