Martın 8-dən etibarən Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Sportarena.az AFFA-ya istinadən xəbər verir ki, zədəli olduğu üçün Rüfət Əhmədov (“Qəbələ”) hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzinə Əbil Əbilov (“İnter”) toplanışa dəvət edilib.