"Futbolda belə məntiqi ehtimalların heç bir əhəmiyyəti yoxdu" - PSJ-nin prezidenti - AÇIQLAMA

14:18 9 Mart 2017

PSJ-nin prezidenti Naser Əl-Xələfi Çempionlar Liqasının 1/8 finalında keçirilən “Barselona” ilə cavab qarşılaşmasından (1:6) sonra fikirlərini bildirib.

 

Sportarena.az xəbər verir ki, Əl-Xələfi bu məğlubiyyətə heç bir bəraətin olmadığını deyib. O, komandasının ilk hissədəki oyunundan narazı qaldığını vurğulayıb:

 

“Hətta hakimin iki dəfə bizim lehimizə qərar vermədiyini nəzərə alsaq da, bu məğlubiyyətin bəraəti yoxdu. PSJ ilk hissədə futbol oynaya bilmədi. Evdəki qələbədən sonra bizim növbəti mərhələyə adlamağımız daha məntiqli görünürdü. Ancaq bilirik ki, futbolda belə məntiqi ehtimalların heç bir əhəmiyyəti yoxdu. Hələ ki, futbolçularla söhbət etməmişəm. Onlar hamısı əsəbidilər”.


Digər xəbərlər

Xəbər xətti