Millimizin Dohada Qətər yığması ilə oyununa gələn azərbaycanlı azarkeşlər problemlə üzləşib.
Sportarena.az AFFA-nın “Facebook” səhifəsinə istinadən xəbər verir ki, komandamızı dəstəkləmək üçün Şeyx Cassim ibn Hamad adına stadionuna gələn azarkeşlər içəri buraxmayıblar. Səbəb olaraq oyunun ictimaiyyətə tam qapalı olaraq keçirilməsi bildirilir.
Qeyd edək ki, Qətər Futbol Asosasiyası tərəfindən matçın yayınlanmasına da icazə verilmir