UEFA "Barselona"nı cəzalandıracaq? - Azarkeşlərə görə

13:51 10 Mart 2017

UEFA “Barselona”ya qarşı intizam işi açıb.

 

Sportarena.az xəbər verir ki, intizam işi Çempionlar Liqasının 1/8 finalında PSJ ilə keçirilən cavab qarşılaşmasında (6:1) baş verən olaylara görə açılıb.

 

Həmin qarşılaşmadan sonra “Barsa” azarkeşləri meydana daxil olmuşdular. UEFA məsələ ilə bağlı araşdırmalara start verib. İntizam işinə martın 23-də baxılacaq.


Digər xəbərlər

Xəbər xətti