Futbol üzrə Azərbaycan Birinci divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi Kamil Nurəhmədov ("Mil-Muğan") mükafatlandırılıb.
Sportaren.az xəbər verir ki, azarkeşlər, jurnalistlər və PFL tərəfindən keçirilən sorğuda rəqiblərini qabaqlayan futbolçuya xüsusi mükafat bu gün keçirilən “Mil-Muğan” - “Zaqatala” görüşündən əvvəl təqdim edilib.
Qalib xüsusi mükafatı Peşəkar Futbol Liqasının Texniki İdman Deparatamentinin rəisi Zamiq Hüseynovdan alıb.