"Napoli"nin yarımmüdafiəçisi Dris Mertens karyerasını İngiltərədə davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, Neapol təmsilçisinin futbolçusu "Mançester Yunayted"in hədəfinə düşüb. Premyer Liqa klubunun nümayəndələri 29 yaşlı futbolçu ilə danışıqlar aparıb. Bu görüş 2 saat çəkib. Danışıqların detalları hələki məlum deyil.
Mertensin "Napoli" ilə müqaviləsi 2018-ci ilə qədərdir. Hələlik tərəflər onun uzadılmasında razılığa gələ bilmir. İtaliya təmsilçisi xavbekin hazırki maaşını - 1,2 milyon avronu 2 dəfə artırmağı təkli edir. Lakin belçikalı futbolçu bu təklifə isti yanaşmır.