Ruslan Abışov master-klass keçəcək - Bayıl Arenada

12:08 11 Mart 2017

Martın 13-15-də İslam Həmrəyliyi Oyunlarının idmançı səfirləri “Domestic Grassroots” proqramı çərçivəsində gənc atletlər və həvəskar gənclərə cüdo, güləş və futbol üzrə master-klass keçəcəklər.

 

Sportarena.az xəbər verir ki, martın 13-də olimpiya mükafatçılarımız Rüstəm Orucovla Elmar Qasımov cüdosevərləri başlarına toplayacaqlar. Master-klass “Neftçi” təlim-məşq bazasında olacaq. Güləş üzrə master-klass isə bir gün sonraya təsadüf edəcək. Hacı Əliyev Olimpiya Güləş Mərkəzində gənclər önünə çıxacaq.

 

Martın 15-də isə Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Ruslan Abışov marter-klass keçəcək. O, futbolsevərləri Bayıl arenada gözləyəcək.

 

Qeyd edək ki, Master-klassda iştirak edəcək insanlar yarışın “facebook” səhifəsində qalib gələnlər olacaqlar.


Digər xəbərlər

Xəbər xətti