İtaliya A seriyasının 28-ci turu çərçivəsində baş tutmuş “Yuventus” - “Milan” oyunu meydan sahiblərinin qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 39 yaşlı qolkiper “rossonyerlər”ə qarşı oyunda meydana çıxmaqla, A seriyasında 613-cü oyununu keçirib. O, bu nəticə ilə A seriyasında ən çox oyun keçirmiş futbolçular arasında 3-cü pilləyə yüksəlib. Cici “Roma”nın yaşayan əfsanəsi Françesko Tottini (612) geridə qoyub.
Buffon siyahıda yalnız artıq karyerasını bitirmiş futbolçular - “Milan”ın sabiq müdafiəçisi Paolo Maldini (647) və “İnter”in sabiq futbolçusu Xavyer Zanettidən (615) geri qalır.