Slovakiya Fortuna Liqasında 31-ci turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, millimizin üzvü Ramil Şeydayevin şərəfini qoruduğu “Jilina” səfərdə “Streda” ilə qarşılaşıb. Oyun 2:2 hesablı bərabərliklə nəticələnib. Milli üzvü bu görüşə start heyətində başlayıb və 68-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, 21 oyundan sonra aktivində 49 xal olan “Jilina” turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.