O`Nil: "Azərbaycanla aramızda 3 xal fərq yaranacaq" - AÇIQLAMA

12:22 12 Mart 2017

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Şimali İrlandiya komandasının baş məşqçisi Maykl O’Nil ölkəsinin mətbuatına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, təcübəli mütəxəssis martın 26-da – Şimali İrlandiya - Norveç matçı ilə eyni gündə keçiriləcək Azərbaycan – Almaniya görüşü barədə fikrini açıqlayıb:

 

"Almaniyanın bu matçda qalib gələcəyini gözləyirəm. Ona görə də əgər biz Norveçi məğlub etsək, Azərbaycanla aramızda 3 xal fərq yaranacaq. Yəni bizim ikinci pillədə mövqeyimizi gücləndirməyimiz realdır. Odur ki, biz Norveçə mütlə qalib gəlməliyik. Bundan sonra isə oyunçularımızın fikri iyunda Azərbaycanla keçiriləcək oyuna yönələcək”.

 

Qeyd edək ki, DÇ 2018-in C qrupunda yarışan Şimali İrlandiya və Azərbaycan milliləri 4 turdan sonra 7 xalla 2-3-cü yerləri bölüşürlər.


Digər xəbərlər

Xəbər xətti