Almaniya Cənub Gənclər Bundesliqasında 21-ci turun oyunları davam edir.
Sportarena.az xəbər verir ki, millimizdə oynamağa razlıq vermiş Renat Dadaşovun şərəfini qoruduğu “Ayntraxt”ın U-19 komandası doğma meydanda “Ştutqarter Kikkers”in müvafiq yaş qrupuyla qarşılaşıb. Matç meydan sahiblərinin 5:1 hesablı darmadağını ilə yekunlaşıb.
Matça start heyətində başlayan Dadaşov qələbədə böyük rol oynayıb. O, 17, 45 və 49-cu dəqiqələrdə fərqlənərək het-triki rəsmiləşdirib.
Qeyd edək ki, 21 oyundan sonra aktivində 28 xal olan “Ayntraxt” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.