Bu gün Azərbaycan Premyer Liqasında 4-cü dövrəyə start veriləcək.
Sportarena.az xəbər verir ki, 22-ci tur Gəncədə keçiriləcək oyunla başlayacaq. “Kəpəz” doğma divarlar arasında “Zirə”ni qəbul edəcək. Bu oyunla bağlı hazırlığın əsas hissəsini Bakıda keçirən “sarı-göylər” bu gün Nizami yurduna gedib və qarşılaşmanın baş tutacağı arenada son məşqinə çıxıb. Hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
Qarşıdakı matç öncəsi “Kəpəz”in heyətində bir zədəli futbolçu var. Söhbət Tural Qürbətovdan gedir. Dünən məşqdə zədələnən hücumçu bu səbəbdən Gəncəyə aparılmayıb.
Komandanın heyətində digər itki cəzalı olan Nicat Qurbanovdu. Bu ikilidən başqa bütün oyunçular görüşə hazırdılar.