Millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” Almaniya 2-ci Bundesliqasının 24-cü turunda evdə “Karlsrue” ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Nazarov matçın 36-cı dəqiqəsində sabiq klubunun qapısına təyin edilmiş penaltini dəqiq yerinə yetirərək, komandasına qələbə qazandırıb.
Sportarena.az xəbər verir ki, 90 dəqiqəni əvəz edilmədən keçirən millimizin üzvü oyunla bağlı fikirlərini bildirib:
“Qol vurub komandama qələbə qazandırmaq yaxşıdı. Amma bu qolun müəllifinin kim olması elə də əhəmiyyətli deyil. Bundan sonra qazanacağımız hər xal bizim üçün vacibdi. Əsas olan komandanın uğurudu. Penalti zərbələrindən əvvəl topu göndərəcəyim yeri dəqiqləşdirirəm. Hətta rəqib qapıçı da həmin mövqeyə tullanmağı fikirləşirsə, yenə də çəkinmirəm, mənim üçün problem deyil”.