Ronaldodan yeni rekord

17:01 13 Mart 2017

"Real"ın forvardı Kriştiano Ronaldo ötən gecə "Betis"lə La Liqa qarşılaşmasında fərqlənməklə növbəti uğura imza atıb.

 

Sportarena.az xəbər verir ki, bu, portuqaliyalının Avropanın Top-5 çempionatlarında 366-cı qoludu. Bu göstəriciyə görə o, lider olan ingilis Cimmi Qrivzə çatıb və Herd Mülleri (365) qabaqlayıb.


 
Qeyd edək ki, Ronaldo "Real"a qədər "Mançester Yunayted"də də çıxış edib.


Digər xəbərlər

Xəbər xətti