"Fasilədə futbolçularıma dedim ki..." - Ayxan Abbasov - AÇIQLAMA

19:33 13 Mart 2017

Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Zirə” Gəncədə “Kəpəz”ə 0:1 hesabı ilə məğlub olub.

 

Sportarena.az xəbər verir ki, oyundan sonra “Zirə”nin baş məşqçisi Ayxan Abbasov matçla bağlı bunları deyib:

 

“İki fərqli hissə izlədik. Oyuna yaxşı başlamadıq. Qapımız qarşısında qolla nəticələnən epizod yarandı. Fasilədə futbolçularıma dedim ki, qorxmasınlar, oynasınlar.

Meydançanın vəziyyəti də futbolçulara oynamağa o qədər də imkan vermirdi. Amma bunlar bəhanə deyil. Rəqib də bu stadionda oynayırdı, biz də. Qalan 6 oyuna hazırlaşaraq, istəyimizi həyata keçirməyə çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti