Türkiyə Birinci liqasında mübarizə aparan “Adana Dəmirspor”un futbolçusu Sərcan Kaya milli komandamızdan təklif aldığını açıqlayıb.
Sportarena.az xəbər verir ki, “Four four two” nəşrinin Türkiyə şöbəsinə müsahibə verən 28 yaşlı yarımmüdafiəçi AFFA-dan aldığı təklifi qəbul etdiyini deyib:
“Anamın atası azərbaycanlıdır. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Keçmişdə Türkiyə millisinin aşağı yaş qruplarında oynamışam, əlimdən gələni etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”.
Qeyd edək ki, Kaya 2013-cü ildə də millimizdən dəvət aldığını açıqlamış və təklifi qəbul etməmişdi.