Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam edir.
Sportarena.az xəbər verir ki, ilk oyunda "Portu"ya səfərdə 2:0 hesabı ilə qalib gələn "Yuventus" bu dəfə doğma azarkeşləri önündə meydana çıxacaq. Qonaqların bu görüşdə sürprizə imza atacağı inandırıcı görünməsə belə, "Qoca sinyora" bu matça ciddi şəkildə hazırlaşıb.
Gecənin maraqla gözlənilən oyunu isə İngiltərədə baş tutacaq. "Lester" ilk oyunda məğlub olduğu (1:2) "Sevilya"nı qəbul edəcək. "Tülkülər"in rəhbərliyi məhz Sevilyadakı məğlubiyyətdən sonra komandaya böyük uğurlar qazandırmış Kladio Ranyeri ilə yollarını ayırmışdı. Elə bu istefadan sonra Premyer Liqa klubu meydana çıxdığı hər 2 matçda qələbə qazanıb. Bu amil qarşılaşmaya olan marağı daha da artırır.
Çempionlar Liqası, 1/8 final, cavab oyunları
14 mart
23:45 Lester - Sevilya 2:0 (1:2)
23:45 Yuventus - Portu 1:0 (2:0)