Həbsdə olan Azərbaycan klubunun prezidenti əfv oluna bilər

12:37 14 Mart 2017

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, dünənki iclasda 120 müraciətə baxılıb. İndiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb. Yanvarın ilk günlərində həbs olunan "Şərurspor"un prezidenti Sərdar Bağırov əfv üçün müraciət edənlər arasındadır. İş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı təcridxanasındadır. 

 
Vəkilləri Bağırovun heç-bir qeyri-qanuni işlə məşğul olmadığı, qanunlar çərçivəsində fəaliyyət göstərdiyi barədə sənədlər hazırlayıb məhkəməyə təqdim ediblər.
 
 

Qeyd edək ki, Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. 


Digər xəbərlər

Xəbər xətti