"Qalatasaray"da şok ayrılıq - Tudor Sabri Sarıoğlunu göndərir

14:55 14 Mart 2017

"Qalatasaray"ın futbolçusu Sabri Sarıoğlu mövsümün sonunda komandadan göndəriləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə "NTV Spor" kanalı məlumat yayıb. Bildirilir ki, baş məşqçi İqor Tudor klub rəhbərliyinə göndəriləcək futbolçuların siyahısını təqdim edib.

 

Komandada ciddi dəyişikliklər etməyi düşünən rəhbərlik bəzi futbolçularla yollarını ayırmağı planlaşdırır. Dəyişiklik yaşı 30-u keçmiş oyunçulardan başlanacaq. Xorvatiyalı mütəxəssisin siyahısında ilk sırada 32 yaşlı Sarıoğlu yer alıb. 

 

Qeyd edək ki, sağ cinah müdafiəçisi 2003-cü ildən geyinməyə başladığı "Qalatasaray" forması ilə 14 il ərzində 6 çempionluq, 4 kubok və 5 Superkubok qazanıb. 


Digər xəbərlər

Xəbər xətti